Qəbələnin rəqibi Seneqal yığmasının üzvü ilə gücləndi
27 iyul 2016 17:00
Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Fransanın "Lill" klubu heyətinə yeni futbolçu cəlb edib. Azerisport.az xəbər verir ki, sözügedən klub Seneqal yığmasının yarımmüdafiəçisi Yunus Sankare ilə güclənib.
Onunla 2020-ci ilə qədər müqavilə imzalanıb. Yeni transferin "Qəbələ" ilə oyun üçün sifariş olunması da istisna edilmir.
Qeyd edək ki, "Lill" ilə "Qəbələ" arasındak ilk oyun sabah Lill şəhərində keçiriləcək və saat 21:00-da start götürəcək.