Fotoreportaj|Video|На русском

Futbol

Əliyar Ağayev: Adımı eşidəndə inanmağım gəlmədi

27 iyul 2016 15:55

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev AFFA-nın saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
 
- 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final oyununu idarə etdiniz. Təəssüratlarınız necədir?
- Təbii ki, final mərhələsinə dəvət edilən hər bir hakimin məqsədi həlledici qarşılaşmanı idarə etmək idi. Amma əvvəlcə əsas fikrimi qrup mərhələsinin oyunlarını yüksək səviyyədə idarə etməyə və mümkün qədər yüksək qiymət almağa yönəltmişdim. Hər hakimin qrup mərhələsində iki oyuna təyinat alacağını bilirdik. Qrup oyunlarını, demək olar, yüksək səviyyədə idarə etdim. Bundan sonra özünəinamım artdı və yarımfinal mərhələsinin oyunlarından birinə təyinat alacağımı gözləyirdim. Təyinat günü kimin hansı oyunu idarə edəcəyi açıqlandığı zaman yarımfinal yox, pley-off oyununda dördüncü hakim olacağım bildirildi. Ardınca, dərhal finalın baş hakiminin də adı açıqlandı. Adımı eşidəndə inanmağım gəlmədi.

- Final qarşılaşmasına təyin olunduğunuzu bildikdən sonra üzərinizdə təzyiq hiss edirdinizmi?
- Yox desəm, yalan danışmış olaram. Təyinatdan dərhal sonra telefonumu söndürdüm. Heç bir xəbər portalını açmadım, bir növ özümü virtual aləmdən təcrid elədim. Bilirdim ki, Azərbaycanda əksəriyyət bu təyinata sevinəcək, haqqımda müsbət şeylər yazacaq. Ancaq bunları oxusaydım, özümdə istər-istəməz müəyyən gərginlik də yarana bilərdi. Start fitinə qədər həyəcanlı idim, fitdən sonra isə oyuna tam kökləndim və işimin öhdəsindən gəlməyə çalışdım.

- İki aparıcı futbol ölkəsinin oyunçularının azərbaycanlı hakimə münasibəti necə idi?
- Ola bilsin, öz aralarında nəsə danışsınlar. Çünki hər iki ölkənin futbol tarixi, ənənələri kifayət qədər zəngin və böyükdür. Amma 90 dəqiqənin tamamında hər iki komandanın üzvləri yaxınlaşıb, yaxşı idarəçiliyə görə briqadamızı təbrik etdilər.
 
- Təyinatdan sonra UEFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina sizi e-mail vasitəsilə təbrik edib. Bəs oyun başa çatdıqdan sonra necə, idarəçiliyinizlə bağlı fikrini çatdırıbmı?
- Özü birbaşa yox, ancaq oyunun hakim-inspektoru komitədən təşəkkür etdiklərini dedi.
 
- Bəs oyunun hakim-inspektoru idarəçiliyinizlə bağlı nə dedi?
- Oyundan sonra heç bir fraqmentə baxılmadı. Dedi ki, birinci qol epizodu zamanı oyunu dayandırmamağın, üstünlük işarəsi verməyin bütün suallara aydınlıq gətirdi.

- Köməkçilərinin fərqli ölkələrdən olması anlaşma baxımında çətinlik yaratmırdı?
- Oyundan əvvəl ola bilsin, hansısa anlaşılmazlıq olurdu. Ancaq təlimatlardan sonra bunu hiss etmirdik. Hər birimiz ölkəmizlə yanaşı, həm də UEFA-nı təmsil edirik.
 
- Topaz Premyer Liqası ilə Avropa çempionatının oyunlarını müqayisə etmək olarmı?
- Peşəkarlıq baxımından fərq var. Avropa çempionatında çıxış edən yeniyetmələr idi, bizim çempionatda oynayanlar isə peşəkarlar. Bir-iki oyun oldu ki, sürət baxımından fərqləndi. Ümumi götürdükdə, çempionatımız üstündür.
 
- Ötən mövsümün sonuna yaxın cəzalandırıldınız və  Topaz Premyer Liqası oyunlarına təyinat almadınız. Bunun təsirini necə, hiss etdinizmi?
- Çətinlik yaradacağını gözləyirdim. Xüsusilə də, oyun təcrübəsi baxımından bunu hiss edirdim. Lakin çalışırdım ki, 90 dəqiqə ərzində bunu büruzə verməyim. Ancaq yeni mövsümə uğurlu start verdim. UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də keçiriləcək “Krasnodar” – “Birkirkara” oyununa da təyinat almışam. Üstəlik, gələn həftə Topaz Premyer Liqasının yeni mövsümünə də start veriləcək. Bu təyinatdan sonra məsuliyyətim artıb.
 
- Bundan sonra qrup mərhələsinin oyunlarına tez-tez təyinat alacağınızı gözləmək olarmı?
- Buna ümid edirik. Ötən mövsüm 1 qrup oyunu idarə etdim. Amma bu dəfə dekabra qədər qrup mərhələsinin ən azı 2 oyununa təyinat alacağıma inanıram. Qarşıdakı 6 ay mənim üçün çox vacib dövr olacaq.
 
- Uğurlu idarəçiliyinizin ümumilikdə Azərbaycan hakimliyinə beynəlxalq təyinatlar zamanı nə dərəcədə müsbət təsiri ola bilər?
- Düşünürəm ki, Avropa çempionatının final mərhələsinin Almaniya kimi böyük ölkədə keçirilməsi özlüyündə vacib məqamdır. Böyük futbol ənənələri olan ölkədə final qarşılaşmasını azərbaycanlı hakimin idarə etməsi Azərbaycan futboluna da müəyyən qədər diqqət yarada bilər. Adımızı eşidən azarkeşlər, funksionerlər istər-istəməz internet vasitəsilə futbolumuz, ölkəmiz haqda əlavə məlumatlar toplamağa çalışacaqlar.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah