Kamal Quliyev: Qarabağa səfərdə qol vurmaq lazım idi
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Kamal Quliyev "Qarabağ"ın ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sına qarşı keçirdiyi ilk oyunla (0:0) bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna baxdım. "Qarabağ" çox yaxşı müdafiə olundu. Komandamız üçün əsas məsələ qol buraxmamaq idi, bunun da öhdəsindən gəldi. "Qarabağ" hətta qol da vura bilərdi. Rəqib demək olar ki, 20 dəqiqə azlıqda mübarizə apardı. Bundan yararlanıb, qol vurmaq lazım idi. Mənə elə gəlir ki, komandanın hücum xətti güclənsə də, keyfiyyət artmadı. Komandamız maksimum diqqətli oynamağa çalışırdı. Rəqib də sıradan komanda deyil, ÇL-in qrupunda oynayıb. Fikrimcə, Premyer Liqamızın səviyyəsi aşağı düşüb və bu, "Qarabağ"ın da oyununa təsirsiz ötüşməyib. Bütövlükdə, nəticə pis deyil. Evdə qol vurub, mərhələ keçmək olar. Komandamıza inanıram. Amma asan olmayacaq. "Viktoriya"nın heyətində 6 yığma üzvü var. Bakıda da çətin oyun gözləyirəm. "Qarabağ" hücumdakı şanslarından maksimum yararlansa, mərhələ keçə bilər".