Roman Hubnik: Qarabağa səfərdə qol vursaq, mərhələ keçə bilərik
27 iyul 2016 12:00
Çexiyanın "Viktoriya" klubunun kapitanı Roman Hubnik Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz bitən matçla bağlı bunları söyləyib:
"Qol vurmasaq da, özümüz də buraxmadıq. Səfərdə qol vursaq, mərhələ adlaya bilərik. Heç də pis oynamadıq. Matçın əvvəlindən axırına kimi rəqibi təzyiqdə saxladıq. Bir-iki epizodu çıxmaq şərti ilə, "Qarabağ"ın qapımız qarşısında təhlükə yaratdığını görmədim. Gözlədiyimiz kimi oynadıq. Topa sahib olan tərəf biz idik və bir neçə qol şansımız oldu. Asan deyildi. Təəssüf ki, qol vura bilmədik".