Qurban Qurbanov: Bakıda bizi daha çətin oyun gözləyir
27 iyul 2016 00:40
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə Çexiyanın "Viktoriya" klubu ilə 0:0 hesablı heç-heçə etdi. Azerisport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
“Oyundan əvvəl bildirdiyim ki, “Viktoriya" özünə məxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi. Bu gün məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadır”.