AZAL gürcü forvardla müqavilə bağlayır
27 iyul 2016 00:15
AZAL heyətinə yeni futbolçu qatmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" gürcü hücumçu David Janelidze ilə güclənmək istəyir.
Ötən mövsüm birinci divizionda "Neftçala"nın heyətində top qovan forvarla yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, Janelidze daha öncə "Zestafoni", Kutaisi "Torpedo"su, Latviya "Skonto"su, Azərbaycanın "Turan" və "Araz Naxçıvan" klublarında çıxış edib.