Adil Şükürov: Bizi çox çətin mübarizə gözləyir
Topaz Premyer Liqasında 2016/2017-ci illər mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, “Zirə” ilk turda “Sumqayıt”ı qəbul edəcək.
Komandanın baş məşqçisi Adil Şükürov püşkün nəticəsi ilə bağlı fikirlərini bölüşüb: “Düzü, ilk turda hansı komanda ilə qarşılaşacağımızın böyük fərqi yox idi. Premyer Liqadakı komandaların hər biri ilə qarşılaşmaq çətindi. Düşünürəm ki, bu mövsüm əvvəlkilərdən daha gərgin olacaq. Komandaların sayı azalsa da, son mövsümü ilk “8-lik”də bitirənlərdi. Biz bu komandaların bir-birinə qarşı necə oynadığını gördük. “Sumqayıt”ın “Qarabağ”ı məğlub etməsi, “İnter”dən səfərdə xal almasını, bizim “Qəbələ” və “İnter” kimi rəqiblərlə oyunlarımızı nümunə kimi göstərə bilərik. Ötən mövsüm belə qarşılaşmalar çox oldu. Qarşıdakı çempionatda daha çox olacağı şübhəsizdi. Bizi çox çətin bir mübarizə gözləyir”.
Xatırladaq ki, “qartallar” ötən mövsüm “Sumqayıt”a qarşı keçirdiyi 4 oyundan 3-də qələbə qazanmış, birində isə heç-heçəyə razılaşmışdı.