Serjinyo: Sportinqə keçid Budaq Nəsirov üçün yaxşı addımdır
26 iyul 2016 17:40
"Kəpəz"in yarımmüdafiəçisi Serjinyo Budaq Nəsirovun Portuqaliyanın "Sportinq" klubuna transfer olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Budağın "Sportinq"ə keçidi bu gənc futbolçu üçün çox yaxşı addımdır. "Sportinq" həmişə gənclərə xüsusi önəm verir. Onlar gəncləri sıralarına cəlb edirlər, inkişafına kömək göstərirlər. Budağı tanıyıram, amma oyununu az görmüşəm. Fikrimcə, o, nəsə bacarır ki, "Sportinq"in diqqətini çəkə bilib. Budaq çalışsa, orada yaxşı futbolçu kimi yetişə bilər. "Sportinq" onun karyerasında yaxşı addımdır. Ona şans da verəcəklər".