Ayaz Quliyevdən Ramil Şeydayev açıqlaması
26 iyul 2016 14:40
Azərbaycanın gənclərdən ibarət yığma komandasının futbolçusu Ayaz Quliyev Ramil Şeydayevin millimizdə oynamaq istəməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ramillə birgə çox oynamışıq. Onunla tez-tez danışıram. Uğurlarına görə çox sevinirəm. Həmişə bu oyunçunu dəstəkləmişəm. Azərbaycan yığması ilə bağlı karyerasının necə olacağını bilmirəm. Heç qısa müddət ərzində nə dəyişdi ki, Azərbaycan yığmasında oynamaq istədi, bunu da bilmirəm. Mənim qərarım necə olacaq? Azərbaycan və ya Rusiya yığmasında oynamaqla bağlı qərarımın necə olacağını bircə Allah bilir. Hər şey ola bilər".