Viktoriya Qarabağın təqdimatında kobud səhvə yol verdi
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" klubu təmsilçimizlə bağlı rəsmi saytında təqdimat hazırlayıb. Azerisport.az xəbər verir ki, Plzen klubunun əməkdaşları sözügedən materialda Ağdam klubu ilə bağlı kobud səhvə yol veriblər.
Belə ki, çexlər "Qarabağ"ı hazırda tanınmamış qondarma "Dağlıq Qarabağ Respublika"sının təmsilçisi olduğunu qeyd ediblər.
Maraq üçün qeyd edək ki, bu avrokubok mövsümündə klublarımızın rəqiblərinin ilk belə kobud səhvi deyil. Belə ki, daha öncə "Kəpəz"in Avroliqanın birinci təsnifat mərhələsindəki rəqibi - Moldova "Daçiya"sı Mərdəkanı Ermənistan Makrudyanı kimi təqdim etmişdi. Gəncəlilərin sonrakı rəqibi - Avstriya "Admira"sı isə Naxçıvan Muxtar Respublikasını Azərbaycan ərazisi kimi təqdim etməmişdi.