Fərid Quliyev: Yenidən Türkiyəyə qayıda bilərəm
Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyev Türkiyədə keçirdiyi son mövsümü, eləcə də yığmamızdakı keçmiş karyerasını xatırlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son mövsümü "Yozqatspor"da keçirdim. Amma bu komanda ilə birinci ola bilmədik. Halbuki, üst liqaya çıxmağımız çox əla olardı. Mövsümü uğursuz saymıram. Yenidən bu kluba qayıda bilərəm. Şərait, maliyyə şərtləri, azarkeş dəstəyi tamamilə fərqlidir. Azərbaycan çempionatı mənə maraqlı deyil. "Qarabağ"la "Qəbələ" Avroliqanın qrup mərhələsində oynamasaydı, bizim futbolla ümumiyyətlə maraqlanan olmazdı.
Hərdən yığmada keçirdiyim günləri yada salıram. Xoş xatirələr az deyil. Mənə elə gəlir ki, Berti Foqtsun dövründə komandamız müdafiə futbolu sərgiləsə də, meydanda konkret nə istədiyini bilirdi, bəzən istəyinə də çatırdı. Amma bunu indiki yığmamıza aid edə bilmərəm".