Elxan Məmmədov: Əliyar Ağayevin idarəçiliyi digər hakimlərimiz üçün də nümunədir
25 iyul 2016 19:00
AFFA-nın baş katibi Elxan Məmmədov azərbaycanlı FİFA referisi Əliyar Ağayevin 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan Avropa çempionatının final matçını (Fransa - İtaliya, 4:0) idarə etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycanlı hakimin belə bir oyunu idarə etməsi çox yaxşı hadisədir. Özü də Fransa və İtaliya yığmalarının görüşünü. Bu, onun gələcəkdə daha böyük turnirlərin oyunlarını idarə etmək yolunda böyük rol oynayacaq. Onun idarəçiliyi digər azərbaycanlı hakimlər üçün də bir nümunə olmalıdır. Onlar da öz üzərlərində məsuliyyət hiss etməli, daha da artırmalıdırlar".