Şaxtyor Qəbələnin oyunçusunu izləyir
25 iyul 2016 18:30
Ukraynanın "Şaxtyor" klubu "Qəbələ"nin futbolçusu Teo Uuikslə maraqlanır. Azerisport.az xəbər verir ki, qəbələlilərin yeni transferinin Avropa Liqasındakı uğurlu çıxışı Donetsk təmsilçisinin rəsmilərinin diqqətindən yayınmayıb.
Qeyd edək ki, 26 yaşlı liberiyalı futbolçu artıq Avroliqada beş qol vurub. Onun parlaq çıxışı Ukrayna klubunun diqqət mərkəzinə düşməsinə səbəb olub.
Uiks "Qəbələ"də icarə əsasında çıxış edir, müqavilə ilə isə Kiprin "Ermis" klubuna məxsusdur. Ukrayna mətbuatının məlumatına görə, Teo belə uğurlu çıxış etməyə davam etsə, "Şaxtyor"un onun transfer hüququnu alması ehtimalı böyükdür. (ftr.com.ua)