Nəsirov Sportinqin ikinci komandasına transfer olunub
25 iyul 2016 17:45
Azərbaycanlı futbolçu Budaq Nəsirovun Portuqaliyanın "Sportinq" klubu tərəfindən ictimaiyyətə təqdim olunduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o, klubun ikinci komandasının oyunçusu kimi təqdim olunub.
Bu isə onun əsas komandaya düşmək üçün ilk növbədə əvəzedici heyətdə özünü göstərməyə borclu olduğundan xəbər verir.