Anar Nəzirov: Ümid edirəm ki, Qarabağla Qəbələ Azərbaycanı Avropada layiqincə təmsil edəcək
25 iyul 2016 16:10
"Zirə"nin qapıçısı Anar Nəzirov komandasının Türkiyə toplanışından, eləcə də avrokuboklardakı təmsilçilərimizin çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Türkiyə toplanışına bir qədər gec başlasaq da, hazırda hər şey qaydasındadır. İki yoxlama oyunu keçirməyi planlaşdırırıq.
Avrokuboklarda oynaya bilməsək də, "Kəpəz"lə "Neftçi"ni sonadək dəstəklədik. Təəssüf ki, onlar mübarizəni davam etdirə bilmədilər. Onlara çempionat oyunlarında uğurlar arzulayıram. "Qarabağ"la "Qəbələ"nin uğurlarına sevinirik. Ümid edirəm ki, bu klublar Azərbaycanı Avropada layiqincə təmsil edəcək".