Budaq Nəsirov Sportinqlə müqavilə bağladı
Azərbaycanın gənclərdən ibarət yığma komandasının yarımmüdafiəçisi Budaq Nəsirov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, 20 yaşlı xavbek Portuqaliyanın "Sportinq" klubuna keçib. Lissabon təmsilçisi onunla beş illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Nəsirov müqavilə ilə "Sumqayıt"a məxsus olsa da, son mövsümü "Kəpəz"də keçirmişdi. Onun "Sportinq"ə keçidi meneceri Vaqif Heydərlinin sayəsində baş tutub.
"Sportinq" Portuqaliya çempionatının son mövsümündə yalnız lider "Benfika"dan geri qalaraq, ikinci olub.
Maraq üçün qeyd edək ki, bir müddət öncə digər azərbaycanlı futbolçu Elnur Cəfərov da Portuqaliyanın "Tondela" klubu ilə müqavilə imzalamışdı. Azərbaycan əsilli rusiyalı futbolçu Emin Mahmudov da bu ölkənin "Boavişta" klubunda çıxış edəcək.