Lill - Qəbələ matçı 5 avroya
25 iyul 2016 14:00
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubu ilə "Qəbələ" arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, biletlərin qiyməti 5-12 avro aralığında dəyişir.
Qeyd edək ki, "Lill" - "Qəbələ" matçı iyulun 28-də Lilldə keçiriləcək və saat 21:00-da start götürəcək.