Eder də Qəbələyə qarşı oynaya bilər
25 iyul 2016 13:30
Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Fransanın "Lill" klubunun istirahətdə olan futbolçusu Eder sıraya dönüb. Azerisport.az xəbər verir ki, Portuqaliya yığması ilə Avropa çempionatında iştirak edən, hətta finalda Fransanın qapısına vurulan qələbə qolunun müəllifi olan bu futbolçu klubdakı komanda yoldaşlarından gec düşərgəyə qoşulub.
Qeyd edək ki, "Lill" ilə "Qəbələ" arasındakı ilk oyun iyulun 28-də keçiriləcək. Ederin də komandamıza qarşı oynaması istisna deyil.