Zirə Türkiyə klubuna qalib gəldi
“Zirə” Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Fənərbaxça”nın dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşən Topuk Yaylasındakı təlim bazasında keçirilən oyunda rəqib “Qaziantep BB” idi.
Oyunun zirəlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 40-cı dəqiqədə kapitan Elvin Məmmədovun ötürməsindən sonra Təmkin Xəlilzadə oyundakı yeganə qola imza atıb.
Yoxlama oyunu
25 iyul
“Zirə” - “Qaziantep BB” 1-0
Qol: Təmkin Xəlilzadə, 40.
“Zirə”: Anar Nəzirov, Yovan Krneta, Migel Lorenzo, Aleksandr Şemonayev, Tural Cəlilov, Vüqar Mustafayev, Milan Duriç, Elvin Məmmədov (k) (Nurlan Novruzov), Təmkin Xəlilzadə, Gerhard Proqni (Vüsal İskəndərli), Murad Səttarlı (Yasin Həmid).
“Qaziantep BB”: Ahmet Sabdir, Yasin Palaz, Rza Əfəndioğlu, Sərhat Maden, Ramazan Kahya, Damır Zlomisliç, Mert Sinan Pekesen, İbrahima Vadji, Muhammed Reys, Nenand Marinkoviç, Kalu Uçe.
“Zirə” növbəti oyununu iyulun 29-da “Göztəpə”yə qarşı keçirəcək.