İnter son yoxlama matçında uduzdu
25 iyul 2016 20:50
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün hazırlıq prosesi çərçivəsində son yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, bakılıların rəqibi Gürcüstanın "Kolheti Poti" komandası olub.
Oyun Bakı təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 0:1.
Qeyd edək ki, "İnter" bundan öncəki sınaq matçlarını Türkiyə klublarına qarşı keçirmişdi. Öncə "Kasımpaşa"ya 2:1 hesabıyla qalib gələn bakılılar ardından "Elazığspor"la bərabərə qalmışdılar - 0:0. Ötən gün isə paytaxt klubu "Gənclərbirliyi"n 4 cavabsız qolla qalib gəlmişdi.
Gürcüstan klubuna qarşı yoxlama oyunu ilə təlim-məşq toplanışına yekun vuran "İnter" sabah səhər saatlarında vətənə qayıdacaq.