Aqil Məmmədov: AZAL-la yarım illik müqavilə bağlamağı özüm istədim
25 iyul 2016 12:00
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Aqil Məmmədov AZAL-la müqavilə bağlayıb. Azerisport.az saytına açıqlamasında o, transferlə bağlı bunları söyləyib:
"AZAL-la yarım illik müqavilə bağlamışam. Niyə belə az? Özüm belə istədim. Başqa planlarım da var. Çünki hələ də ölkə xaricində oynamaq istəyirəm. Amma AZAL-la müqavilənin müddətini artırmaq da mümkündür. Hər şey ola bilər".