Amadeu: Miltinyonun milliyə faydalı olacağına 100 faiz əminəm
Futzal üzrə Azərbaycan yığmasının sabiq üzvü Amadeunun azerisport.az saytına müsahibəsi
- Miltinyonun Azərbaycan yığmasının sükanı arxasına gətirilməsini necə qarşıladınız?
- O, ən güclü məşqçilərdən biri hesab olunur. Kifayət qədər tanınmış və təcrübəli mütəxəssislərdəndir. Braziliyanın, Avropanın güclü komandalarında çalışıb. Fikrimcə, yaxşı təyinatdır.
- O, Azərbaycan yığmasına uğur qazanda biləcək?
- Azərbaycan futzalına faydası dəyəcək. Buna yüz faiz əminəm.
- Miltinyo da millimizə braziliyalı oyunçular cəlb edib...
- Təəssüf ki, mənə dəvət göndərməyiblər. İnanın ki, Azərbaycan yığmasının dünya çempionatına yollanacaq heyətində yer almağı, Kolumbiyada komandaya kömək etməyi çox istəyirdim.
- Baş məşqçinin millimizə gətirdiyi həmyerlilərinizi tanıyırsınız?
- Onlar haqqında ətraflı məlumatım yoxdur. Amma dəvət ediblərsə, deməli, faydalı olacaqlarına əmindirlər.
- Sizcə, yığmamız DÇ-də nəyə nail ola bilər?
- Azərbaycan yığması mundialda uğur qazana iblər. Futbolçuların hamısı bunun vacibliyini anlayırlar. Komanda Avropa çempionatında da yaxşı çıxış etdi. Bu dəfə isə DÇ-də uğur qazanmaq lazımdır.