Qəbələnin Fransaya səfər planı açıqlandı
24 iyul 2016 19:00
Avropa Liqasının üçüncü təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə qarşılaşacaq "Qəbələ"nin səfər planlarına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun çalışdırdığı komanda səfərə iyulun 26-da çıxacaq.
Saat 13:05-də komanda üzvləri Bakı-İstanbul-Brüssel reysi ilə Belçikaya gedəcək. Buna səbəb Lillə beynəlxalq reysin olmamasıdır. Komanda Brüsseldən Lillə avtobusla yollanacaq.
Qeyd edək ki, "Lill" ilə "Qəbələ" arasındakı ilk oyun iyulun 28-də keçiriləcək. Cavab matçı isə bir həftə sonra - avqustun 4-də Bakıda baş tutacaq.