İnter daha bir Türkiyə klubu ilə üz-üzə
24 iyul 2016 14:30
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün daha bir yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubu yerli "Gənclərbirliyi" ilə qarşılaşacaq.
Qeyd edək ki, "İnter" bundan öncəki sınaq matçlarını da Türkiyə klublarına qarşı keçirmişdi. Öncə "Kasımpaşa"ya 2:1 hesabıyla qalib gələn bakılılar ardından "Elazığspor"la bərabərə qalmışdılar - 0:0.