Nazarov oynadı, komandası uduzdu
24 iyul 2016 13:30
Almaniyanın "Ersgebirge" klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu ikinci bundesliqa təmsilçisi Regional Liqada çıxış edən "Essen"lə üz-üzə gəlib.
Matç Nazarovun komandasının minimal hesablı məğlubiyyəti ilə yekunlaşıb. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan "Ersgebirge" ikinci hissədə iki top buraxmaqla görüşdən məğlub ayrılıb - 1:2.
Start heyətdə meydana çıxan Nazarov 69-cu dəqiqədə əvəzlənib.