Paşayevin komandası yeni mövsümə uğursuz başladı
24 iyul 2016 11:00
Futbol üzrə Ukrayna çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da mövsümün açılış matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Karpatı" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:3. Start heyətdə meydana çıxan Paşayev 90 dəqiqə oynayıb. O, qarşılaşmanın 57-ci dəqiqəsində sarı vərəqə də alıb.