Viktoriya Qarabağla oyunlar üçün 23 futbolçu sifariş etdi
Çexiya çempionu "Viktoriya" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Azerisport.az xəbər verir ki, Plzen klubunun baş məşqçisi Roman Pivarnik 23 futbolçunun xidmətindən yararlanmağa hazırlaşır.
Qapıçılar: Matuş Kozaçik, Petr Bolek, Yakub Şiman;
Müdafiəçilər: Lukaş Heyda, Aleş Mateyu, Roman Hubnik, David Limberski, Radim Rjeznik, Yan Baranek, Frantişek Raytoral;
Yarımmüdafiəçilər: Tomaş Qorjava, Yan Kopiç, Milan Petrjela, Patrik Hroşovski, Yan Kovarjik, Yan Suxan, Yakub Hromada, Daniel Kolarj, Tomaş Kuçera;
Hücumçular: Mixal Duriş, Mixal Krmençik, Yan Holenda, Marek Bakoş.
Qeyd edək ki, "Viktoriya" ilə "Qarabağ" arasındakı ilk oyun iyulun 26-da Plzendə, cavab matçı isə avqustun 2-də Bakıda keçiriləcək.