Frank Berya: Qəbələ ilə matç bizim üçün asan olmayacaq
23 iyul 2016 14:40
Fransanın "Lill" klubunun müdafiəçisi Frank Berya Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə oyunlar barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqibimiz "Qəbələ" oldu. Məşqçimiz artıq bu rəqib barədə bizə bəzi məlumatları çatdırıb. Bu oyunun hazırlığına başlayırıq. Başa düşürük ki, rəqibi qiymətləndirməmək pis nəticələnə bilər. Macarıstan klubu (MTK) səviyyəli komanda olsa da, "Qəbələ" onları keçə bildi. Bu da onu göstərir ki, bizə asan olmayacaq".