Erat Borussiya üzərində qələbədə pay sahibi oldu
23 iyul 2016 13:30
Almaniyanın "Duysburq" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası Münhenqladbax "Borussiya"sının gənclərdən ibarət kollektivi ilə qarşılaşıb.
Oyun "Duysburq"un 7:0 hesablı qələbəsi ilə başa çatıb. Erat start heyətdə meydana çıxıb və 66 dəqiqə oynayıb. Komandasının ikinci qolunda pay sahibi olan millimizin üzvü hesab 4:0 olarkən meydanı tərk edib.