Erik Boteak: Qəbələ aqressiv komandadır
23 iyul 2016 12:30
Fransanın "Lill" klubunun yarımmüdafiəçisi Erik Boteak Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə oyunlar barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qəbələ" aqressiv komandadır. Onları ciddiyə almaq lazımdır. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün iki yaxşı oyun sərgiləməliyik. Bunun üçün çalışmaq lazımdır".