Viktoriya - Qarabağ matçının başlama saatı məlum oldu
22 iyul 2016 16:30
"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində səfərdə "Viktoriya" (Plzen, Çexiya) qarşı keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, "Dusan Arena"da keçiriləcək görüş iyulun 26-da, Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Qeyd edək ki, Ağdam klubunun cavab görüşü isə avqustun 2-də Respublika stadionunda keçiriləcək.