Neftçi də Avroliqa ilə vidalaşdı
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turnirdəki təmsilçimiz “Neftçi” də səfərdə Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşıb.
Bakıda bu rəqibi ilə qolsuz heç-heçəyə razılaşan Vəli Qasımovun yetirmələrinin mərhələ adlamaq şansı heç də az deyildi. Bunun üçün bakılılara hətta qollu heç-heçə də bəs edirdi. Amma təəssüf ki, bu görüşdə minimal hesablı məğlubiyyətlə üzləşən "ağ-qaralar" Avroliqa ilə vidalaşmalı olublar.
Qeyd edək ki, "Şkendiya" səddini keçəcəyi halda, "Neftçi" növbəti mərhələdə Çexiyanın “Mlada Boleslav” klubu ilə qarşılaşacaqdı.
Avropa Liqası
İkinci təsnifat mərhələsinin cavab oyunu
21 iyul
“Şkendiya” - “Neftçi” - 1:0 (1:0)
Qol: B.İbraimi, 31 (1:0).
Sarı vərəqə: M.İsayev, 23. V.Şikov, 49. R.Qurbanov, 71. V.Şikov, 72. Jayro, 88. S.Junior, 90.
Qırmızı vərəqə: V.Şikov, 72.
Hakimlər: Erik Lambrext, Karel de Roker, Co de Veyrdt, Frederik Geldhof (hamısı Belçika).
Skopye. “II Filipp” stadionu.
İlk oyun - 0:0.
"Şkendiya": 1. Kostadin Zahov, 4. Eqzon Beytulai, 5. Armend Alimi (20. Viktor Cuffo, 90+4), 6. Ardian Çuçuli, 7. Besart İbraimi (33. Artim Polojani, 87), 10. Feran Hasani (k) (27. Şçiprim Taypi, 90+2), 14. Maryan Radeski, 18. Stenio Junior, 23. Besir Demiri, 77. Blaqoya Todorovski, 88. Ştefan Vuyçiç.
Ehtiyat oyunçular: 12. Marko Yovanovski, 8. Ennur Totre, 11, Demir İmeri, 19. Besmir Boyku.
Baş məşqçi: Brun Akrapoviç.
"Neftçi": 1. Krşevan Santini, 3. Jayro, 7. Araz Abdullayev, 11. Ruslan Qurbanov (4. Rahil Məmmədov, 88), 13. Murad Ağayev, 17. Rəhman Hacıyev (10. Cavid İmamverdiyev, 80), 19. Fəhmin Muradbəyli (21. Aqşin Qurbanlı, 85), 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 26. Kamal Qurbanov, 41. Ömər Buludov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Vəli Qasımov.