Kakau: Miltinyonun Azərbaycan yığmasına gətirilməsinə çox sevindim
2 iyul 2016 12:30
Futzal üzrə Qazaxıstan yığmasının braziliyalı baş məşqçisi Kakau həmyerlisi Miltinyonun millimizin sükanı arxasına gətirilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu təyinata çox sevindim. Çünki Miltinyo kimi mütəxəssis yaxşı komandaları çalışdırmağa layiqdir. Bu təyinat Azərbaycan yığması üçün əla qərardır. Miltinyo çox təhsilli mütəxəssisdir və işini biləndir. O, Azərbaycan yığmasına uğur qazanmağa kömək edə bilər. Ümid edirəm ki, Kolumbiyadakı dünya çempionatında onun komandası yaxşı çıxış edəcək".