Ersgebirgenin baş məşqçisi Nazarovun keçidindən danışdı
2 iyul 2016 11:30
Almaniyanın "Ersgebirge" komandasının baş məşqçisi Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovu transfer etmələrinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Dmitrini hələ "Proysten"də çıxış etdiyi dövrdən tanıyıram. Onun futbol ustalığı yüksək səviyyədədir. O, bizim hücum xəttimizi real şəkildə gücləndirəcək".