Millimizin sabiq oyunçusu Türkiyə klubunda
2 iyul 2016 00:15
Azərbaycan yığmasının və "Sumqayıt"ın sabiq futbolçusu Uğur Pamuk özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, növbəti mövsümdən karyerasını Türkiyənin PTT 1-ci liqasında çıxış edən "Manisaspor"da davam etdirəcək.
Uğur artıq yeni klubu ilə iki illik müqavilə də imzalayıb. Pamuk keçidi ilə bağlı fikirlərini də bölüşüb:
"Manisaspor" kimi kluba keçdiyimə görə şadam. Bu komandaya maksimum faydalı olmaq istəyirəm".