Dmitri Kramarenko: Hələ heç nə həll olunmayıb
1 iyul 2016 15:30
"Neftçi"nin məşqçisi Dmitri Kramarenko Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta "Baltsan"ı üzərində qazandıqları qələbəni (2:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun asan keçmədi. Uşaqlar uğurlu oyun keçirdilər. Mövsümün ilk oyunu olsa da, pis təsir bağışlamadılar. Erkən qol vurmağa nail olduq. Rəqib sıradan komanda deyildi. Amma məhz erkən qol komandamıza əlavə ruh verdi. Başqa bir neçə qol şansımız da oldu, boşa verdik. Amma son dəqiqələrdə daha bir qol vurmaqla inamlı qələbə qazana bildik. Cavab oyununda da bunun davamını gözləyirik. Hələ heç nə həll olunmayıb".