Ruslan Qurbanov: Bakıda daha bir qələbə qazanmaq istəyirik
1 iyul 2016 14:45
"Neftçi"nin hücumçusu Ruslan Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta "Baltsan"ına qarşı səfər oyunundan (2:0) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əlbəttə, səfərdə iki cavabsız qolla qalib gəldiyimiz üçün hamımız sevincliyik. Amma bu nəticə Bakıdakı cavab matçı öncəsi arxayınlaşmağımıza əsas vermir. Bakıda daha bir qələbə qazanmağa çalışacağıq. İlk ev oyunumuzda azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. Cavab matçına da ilk oyundakı kimi istəkli çıxmalıyıq".