Sergey Zenyov: 5:1 bizim üçün də gözlənilməz oldu
1 iyul 2016 13:30
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sı üzərində qazandıqları qələbəni (5:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Nəticədən tam razıyam. Səfər matçı öncəsi sərfəli nəticə qazandıq. Amma etiram edim ki, bu nəticə bizim üçün də gözlənilməz oldu. Düzdür, qələbəyə oynayırdıq, qələbə qazanacağımızı gözləyirdik. Amma 5:1 gözlənilməz oldu. Amma bu, hələ mərhələ adlamağımız anlamına gəlmir. Qarşıda cavab oyunu var. Gürcüstanda da qələbəyə oynayacağıq. "Samtredia" yaxşı komandadır. Sadəcə, biz ələ düşən qol şanslarından yaxşı yararlandıq".