Georgi Arabuli: Qəbələ layiqli qələbə qazandı
1 iyul 2016 13:00
Gürcüstanın "Samtredia" klubunun yarımmüdafiəçisi Georgi Arabuli Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:5 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Hesab gözlənilməz oldu. Amma "Qəbələ" layiqli qələbə qazandı. Çünki bizdən güclü idi. Bu məğlubiyyətə görə hamımız çox üzgünük. Ötən mövsüm Avroliqanın qrup mərhələsində oynamış rəqibin güclü heyətə malik olduğunu bilirdik. Bu oyunda da bunun şahidi olduq. Cavab oyununa gəlincə, hazırlaşacağıq. Necə olacağını matç göstərəcək".