Neftçi Bakıya qayıdır
1 iyul 2016 12:40
"Neftçi" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində səfərdə qarşılaşdığı Malta "Baltsan"ı ilə səfər matçından sonra Azərbaycana qayıdır. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi axşam saat 21:00-da Bakıda olacaq.
Bakılılar istirahət etmədən "Baltsan"la matçın hazırlığına başlayacaqlar. Komandalar arasındakı cavab görüşü iyulun 7-də keçiriləcək.