Rikardinyo: Hesabın belə olacağını gözləmirdim
"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sı üzərində qazandıqları qələbəni (5:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün ilk oyunları həmişə çətin keçir. Xüsusilə də belə məsuliyyətli oyunlar. Buna baxmayaraq, biz yaxşı oyun sərgilədik və matça ciddi hazırlaşdığımızı göstərdik. Lazım olanda müdafiə olunduq, lazım gələndə hücum etdik, qollar vurduq. Müdafiədən hücuma tez çıxmağımız məni çox sevindirdi. Düzünü deyim ki, belə hesab gözləmirdim. Amma qələbə qazanacağımız inanırdım. 4 qolluq fərqə baxmayaraq, cavab oyunu öncəsi arxayınlaşmaq olmaz. Səfərdə bizi çətin oyun gözləyir. Rəqib fanatlarının gözü qarşısında qələbəyə oynayacaq. Bu hesabı unutmalı və Gürcüstandakı matça hazırlaşmalıyıq".