Fotoreportaj|Video|На русском

Futbol

Qəbələdən rekord və ilklər

1 iyul 2016 11:00

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşan “Qəbələ” Bakıda keçirilən ilk oyunda 5:1 hesabı ilə qalib gəlib. Azerisport.az xəbər verir ki, bu, klub tarixinə ən böyükhesablı avrokubok qələbəsi kimi düşüb.

Ardıcıl 3-cü dəfə qatıldığı yarışda 4-cü qələbəsini qazanan “qırmızı-qaralar” əvvəlki oyunlarda iki dəfə 2:0, bir dəfə 1:0 hesabı ilə qalib gəlmişdi. İlk dəfə böyük hesablı – 3 və daha çox top fərqilə qalib gələn “Qəbələ” Azərbaycan futbolu tarixinə də düşüb.

Bölgə təmsilçisi ev oyununda ən çox qol vuran komanda ünvanına yiyələnib. Bunadək heç bir Azərbaycan klubu öz meydanındakı avrokubok görüşündə 4-dən artıq qol vurmamışdı ki, bunu gerçəkləşdirən ilk klub “Qəbələ” olub. “Qırmızı-qaralar” həm də ən böyükhesablı ev qələbəsinə - 4 top fərqilə qalib gəlmək rekorduna da şərik olub.

“Qəbələ” – “Samtredia” qarşılaşması bir sıra digər məqamlarla da əlamətdar olub:

- Debüt oyununda het-trikə imza atan Teo Uiks “Qəbələ”nin tarixində avrokubok matçında 3 qol vuran ilk futbolçu kimi düşüb. Ümumilikdə isə liberiyalı Azərbaycan klublarının qitə miqyaslı turnirlərdə 3-cü het-trikinin müəllifidir.

- Teo həm də “Qəbələ”nin tarixində 3-cü het-trik müəllifi olub. Bu oyunadək "Qəbələ" futbolçuları yalnız 2 dəfə - 1 dəfə Azərbaycan kuboku, 1 dəfə Premyer Liqada bunu bacarıbıar.

- “Qəbələ”nin 4-cü, Uiksin 2-ci qolu klub tarixinin avrokuboklarda ümumilikdə 15-ci, evdə 10-cu topu olub.

- “Qəbələ”nin 2-ci qolunun müəllifi Sergey Zenyov “qırmızı-qaralar”ın Roman Qriqorçukun rəhbərliyi altında 100-cü topuna sevinib. Komanda ukraynalı mütəxəssisin baş məşqçiliyi altında 103 qol vurub, 65-ni buraxıb.

- Roman Qriqorçuk “Qəbələ” ilə 15-ci avrokubok matçına çıxıb. Bu qarşılaşmalarda 4-cü qələbəsini qazanan komanda 5 heç-heçə edib, 6 məğlubiyyət alıb, 16 qol vurub, 19-nu buraxıb.

- Voyislav Stankoviç “Qəbələ”də 40-cı oyununu keçirib.

- Start heyətində meydana çıxan 4 futbolçu - Nika Kvekveskiri, Teo Uiks, Filip Ozobiç və Baqali Dabo, həmçinin meydana sonradan daxil olan Tellur Mütəllimov “Qəbələ”də ilk rəsmi oyununu keçirib. Klubun 11 illik tarixində “qırmızı-qara” forma geyinənlərin sayı 207-yə çatıb.

- Uiks ilk liberiyalı, Ozobiç ilk xorvatiyalı olub. Bununla da “Qəbələ”də təmsil olunan ölkələrin sayı 37-yə çatıb. Bu matçadək 35 ölkədən 99 legioner rəsmi matçlarda “qırmızı-qaralar”ın heyətində çıxış etmişdi. Kvekveskiri, Dabo, Uiks və Ozobiç 37 ölkədən olan legionerlərin sayını 103-ə çatdırıb. Digər 104 oyunçu isə yerli futbolçulardır.

- Kvekveskiri 10-cu gürcüstanlı, Dabo 2-ci fransalıdır.

- Bu matçadək “Qəbələ”nin 104 futbolçusu qol vurmuşdu. Qol hesablarını açan Voyislav Stankoviç və Teo Uiks bu rəqəmi 106-ya çatdırıb. Sergey Zenyov isə “qırmızı-qara” formada qol sayını 5-ə çatdırıb.

- “Qəbələ”nin heyətində 15-ci avrokubok matçına çıxan Sergey Zenyov klub tarixinin rekorduna şərik olub. Bunadək yalnız Dodo qitə kuboklarında “qırmızı-qara” formada 15 görüşə çıxmışdı.

- Sergey Zenyov avrokuboklarda 3-cü qolunu vurmaqla, Teo Uiks bir matçda 3 dəfə fərqlənməklə klub tarixinin qitə kuboklarındakı ən məhsuldar oyunçuları siyahısında Cavid Hüseynova çatıblar. Hərəyə 3 qola imza atan “üçlük” yalnız Dododan (4 qol) geri qalır. Stankoviç və Uiks qol hesabını açmaqla avrokuboklarda “Qəbələ” üçün fərqlənənlərin sayını 7-yə çatdırıb.

- 7 oyunçu - Nika Kvekveskiri, Teo Uiks, Filip Ozobiç, Baqali Dabo, Rəşad Eyyubov, Qismət Alıyev, Tellur Mütəllimov avrokuboklarda ilk dəfə “Qəbələ”nin şərəfini qoruyub. Qitə kuboklarında “qırmızı-qara” forma geyinənlərin sayı 42-yə çatıb.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah