Nika Kvekveskiri: Hesabın belə olacağını gözləmirdik
1 iyul 2016 01:15
"Qəbələ"nin yarımmüdafiəçisi Nika Kvekveskiri Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sı üzərində qazandıqları qələbəni (5:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şübhəsiz ki, hesabın belə olacağını gözləmirdik. Uşaqlar qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirdilər. Matça çox yaxşı hazırlaşmışdıq. "Samtredia"nı zəif rəqib hesab etmirik. Hələ cütün taleyinə aydınlıq gəlməyib".