Kəpəz iyulun 6-da səfərə çıxacaq
30 iyun 2016 19:00
“Kəpəz” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi - Moldova “Daçiya”sı ilə cavab oyunu üçün iyulun 6-da yola çıxacaq. Azerisport.az xəbər verir ki, Bakı-İstanbul-Kişinyov marşrutu üzrə hərəkət edəcək komanda iyulun 8-də axşam saatlarında vətənə dönəcək.
“Sarı-göylər” Kişinyovda “Aria Otel”də qalacaq.