Arif Əsədov: Qəbələ bu gün qələbə qazanacaq
30 iyun 2016 14:00
Azərbaycanın veteran futbolçusu Arif Əsədov "Neftçi" və "Qəbələ"nin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün keçirəcəyi ilk oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, "Qəbələ"nin rəqibi sıradan komanda deyil. Əlbəttə, "Samtredia" o dərəcədə keçilməz rəqib də deyil. Amma Gürcüstan futbolunu az-çox tanıyırıq və onların komandalarının asanlıqla təslim olmadığını bilirik. "Qəbələ" bu gün qalib gələcək. Lakin buna heç də asanlıqla nail olmayacaq. İlk oyun üçün ən yaxşı nəticə 2:0 olardı.
"Neftçi"nin rəqibi - Malta "Baltsan"ı keçiləsi kmandadır. Bakılılar hər iki oyunda qalib gələ bilərlər. Bu gün üçün minimum vəzifə isə səfərdə uduzmamaqdır".