Mircavadov: Neftçi Malta klubunu keçməyə borcludur
Azərbaycanlı futbol veteranı Ağasəlim Mircavadov "Neftçi" və "Qəbələ"nin Avropa Liqasındakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"nin indiki durumu barədə məlumatım yoxdur. Malta klubları ilə elə də tez-tez qarşılaşmırıq. Ona görə də rəqibi barədə də demək olar ki, heç nə bilmirəm. Buna baxmayaraq, mənə elə gəlir ki, "Neftçi" "Baltsan"a hər iki oyunda qalib gələ bilər. Komandamız mərhələ keçməyə borcludur.
"Qəbələ"yə gəlincə, bu komandada xeyli dəyişiklik olub. Ardıcıl ikinci ildir mübarizəyə Gürcüstan klubu ilə başlayırlar. Gürcüstan futbolu güclüdür. Amma onlarda bizdəki kimi maliyyə, infrastruktur yoxdur. Bu gün baş tutacaq ilk oyunun, cütün taleyinin necə olacağı barədə dəqiq fikir söyləməkdə çətinlik çəkirəm".