Serjinyo: Kəpəz Moldovada daha yaxşı oynayacaq
30 iyun 2016 12:45
"Kəpəz"in yeni transferi Serjinyo Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Daçiya" klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:
"Oyunun müəyyən hissələrində tempi saxlaya bilməməyimiz normal idi. Çünki birgə məşq etməyimiz üçün elə də çox vaxtımız olmamışdı. Moldovada daha yaxşı oynayacağıq. Hazırda bütün diqqətimizi "Daçiya"nı necə keçməyə yönəltmişik. Dəqiq neçə mərhələ keçəcəyimizi deyə bilmərəm. Amma hər oyuna qələbə üçün çıxacağıq. Moldovaya da ancaq bu hədəflə yollanacağıq".