Georgi Datunaşvili: Qəbələnin yaxşı komanda olduğunu bilirik
30 iyun 2016 11:20
Gürcüstanın "Samtredia" klubunun kapitanı Georgi Datunaşvili Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"nin yaxşı komanda olduğunu bilirik. Onlara qarşı mümkün qədər yaxşı oynamağa çalışacağıq. Arzuladığımız nəticəyə nail olmaq istəyirik".