Qəbələ fransız futbolçunu sifariş etdi
29 iyun 2016 20:00
"Qəbələ" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Gürcüstan "Samtredia"sı ilə ilk oyun öncəsi daha bir futbolçu sifariş edib. Azerisport.az xəbər verir ki, bu, fransalı yarımmüdafiəçi Baqali Dabodur.
Onun adı artıq UEFA-ya göndərilmiş iştirak ərizəsinə daxil edilib. Bu da yeni transferin lazım gələcəyi halda, gürcülərlə görüşdə meydana çıxmasında problem olmayacağından xəbər verir.