Julian Ebah: Daçiyaya Bakıda qalib gəlməli idik
29 iyun 2016 18:00
"Kəpəz"in hücumçusu Julian Ebah Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"asına qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Daçiya"nı məğlub etməli idik. Ən azından bir qol vurmağımız lazım idi. Komandamız yaxşı matç keçirdi. Mən də bacardığımı etdim. Amma daha artıq güc sərf etmək lazımdır. Oyundan oyuna artıracağımızı düşünürəm. Cavab oyununa daha yaxşı hazırlaşmaq üçün də vaxtımız var. Şanslar hələ də bərabərdir. Cavab matçında hansı taktika ilə oynayacağımızı bizə baş məşqçi söyləyəcək. Moldovada uğur qazanmalıyıq".